Cəmiyyət

Buzovnada təhlükəli durum: Qazılmış yol niyə bərpa edilmir? - AÇIQLAMA

07 Sep 2026, 18:16 3 baxış
Buzovnada təhlükəli durum: Qazılmış yol niyə bərpa edilmir? - AÇIQLAMA
Bakının Sabunçu rayonunun Buzovna qəsəbəsində yolun uzun müddətdir qazılmış vəziyyətdə qalması sakinlərin narahatlığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, xeyli vaxtdır Buzovna Cümə məscidinin qarşısında yolun qazılmış hissəsinin üstü örtülmədiyi üçün bu ərazidə hərəkət çətinləşib, təhükəli durum yaranıb. Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Buzovna qəsəbəsi, Əziz Mirəhmədov küçəsində yağış və qrunt sularının kənarlaşdırılması istiqamətində yeni layihə icra olunur. Layihə çərçivəsində hazırda xətlərin quyulara birləşdirilməsi işləri həyata keçirilir.
Buzovnada təhlükəli durum: Qazılmış yol niyə bərpa edilmir? - AÇIQLAMA Buzovnada təhlükəli durum: Qazılmış yol niyə bərpa edilmir? - AÇIQLAMA
Mənbə oxu.az

Oxşar Xəbərlər