Kriminal

Polis əməliyyat keçirdi, 60 yaşlı şəxs SAXLANILDI - FOTO

07 Sep 2026, 17:40 3 baxış
Polis əməliyyat keçirdi, 60 yaşlı şəxs SAXLANILDI - FOTO
Şabran rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı xüsusi əməliyyat keçirib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə şübhəli bilinən 60 yaşlı Sahib İbrahimov saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməliyyat keçirdi, 60 yaşlı şəxs SAXLANILDI - FOTO Polis əməliyyat keçirdi, 60 yaşlı şəxs SAXLANILDI - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər