İqtisadiyyat

"GLOBE International"ın baş icraçı direktoru: "Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir"

07 Sep 2026, 16:30 1 baxış
"GLOBE International"ın baş icraçı direktoru: "Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir"
"Bakıda İqlim Fəaliyyəti Həftəsi ilk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Həftəsi çərçivəsində keçirilir. Yəni ilk dəfədir ki, bu iki tədbir bir araya gəlib". Bunu Oxu.Az-a açıqlamasında "GLOBE International"ın baş icraçı direktoru, ötən il Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsinin kuratoru Malini Mehra deyib. O bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin əsas məqsədi COP29 sədrliyinin iqlim məsələləri ilə bağlı davamlı öhdəliyini nümayiş etdirməkdir: "BMT-nin də burada iştirakı ilə bu tədbir COP31-in Türkiyənin Antalya şəhərində uğurla keçirilməsi üçün regional səviyyədə dəstək və dinamika yaratmağa xidmət edir". O, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəsindən də danışıb: "Azərbaycan iki il əvvəl COP29-a ev sahibliyi etməsi ilə bu sahədə böyük bir təcrübəyə sahibdir. COP29 zamanı iqlim maliyyələşdirilməsi ilə bağlı bir sıra mühüm irəliləyişlər əldə edildi. Azərbaycan bununla qürur duyduğu bir irsə sahibdir, lakin əldə olunan nailiyyətlərlə kifayətlənmir. Bakı İqlim Fəaliyyəti Həftəsinin budəfəki sessiyası göstərir ki, Azərbaycan öz səylərini davam etdirir və çoxtərəfli iqlim fəaliyyətinin hökumətlərin və cəmiyyətlərin öhdəlik götürməli olduğu əsas istiqamət olaraq qaldığına dair inamı gücləndirir".
Mənbə oxu.az

Oxşar Xəbərlər