İqtisadiyyat
COP31-də "Yaşıl Bina" müsabiqəsi keçiriləcək
"Antalyada baş tutacaq COP31 çərçivəsində təşkil olunacaq tədbirdə beynəlxalq "Yaşıl Bina" müsabiqəsi keçiriləcək". Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Enerji səmərəliliyi departamentinin müdiri Hüseyin Namık Sandıkçı Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində baş tutan "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması" adlı dəyirmi masada deyib. O bildirib ki, "Yaşıl Bina" sertifikatlaşdırma sistemi də həyata keçiriləcək: "Antalyada keçiriləcək COP31 çərçivəsində təşkil edəcəyimiz tədbirdə beynəlxalq "Yaşıl Bina" müsabiqəsi də keçirəcəyik. Bu münasibətlə sizi də nüfuzlu mükafatların təqdim olunacağı "Yaşıl Bina" müsabiqəsinə dəvət etmək istəyirəm. Bu müsabiqədə məqsədimiz innovativ ideyaları ön plana çıxarmaq, dünya üzrə qabaqcıl "Yaşıl Bina" tətbiqlərini mükafatlandırmaqdır".
Mənbə
oxu.az