İqtisadiyyat

Səkkiz ayda büdcədən geri qaytarılan vəsaitin məbləği açıqlanıb

07 Sep 2026, 12:52 2 baxış
Səkkiz ayda büdcədən geri qaytarılan vəsaitin məbləği açıqlanıb
Bu ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195.4 min manat məbləğində vəsait geri qaytarılıb. Oxu.Az xəbər verir ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir. Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər