Kriminal

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

07 Sep 2026, 10:36 2 baxış
Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var
Gəncə şəhərində zəncirvari qəza olub. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. KIA, VAZ-2107 və "Ford Fusion" markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdü Ülviyyə Rəsulova, 1995-ci il təvəllüdlü İlham Ələkbərov və 2008-ci il təvəllüdlü Mayıl Muradov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər