Cəmiyyət

Çirkab suları küçəyə axıdılır - Sakinlər infeksiya təhlükəsi ilə üzləşiblər - VİDEO

07 Sep 2026, 00:48 3 baxış
Çirkab suları küçəyə axıdılır - Sakinlər infeksiya təhlükəsi ilə üzləşiblər - VİDEO
Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri kanalizasiya xəttinin olmamasından şikayətləniblər. Onlar bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Sakinlərin sözlərinə görə, qəsəbənin bəzi küçələrində kanalizasiya xətti mövcud deyil.

Bu səbəbdən çirkab suları küçələrə axıdılır. Onlar bildirirlər ki, problem təxminən 30 ildir davam edir. Sakinlərin sözlərinə görə, əvvəllər çirkab suları həyətlərdə qazılan quyulara axıdılıb. Quyuların dolması ilə suların küçələrə axıdılması halları artıb. Onlar küçədən hərəkət edən azyaşlıların da çirkab sularla təmas riski ilə üzləşdiyini bildirirlər. Sakinlər bəzi uşaqlarda göz infeksiyası yarandığını və bununla bağlı müalicə aldıqlarını iddia edirlər. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Onlar yeni kanalizasiya layihəsinin hazırlandığını, lakin layihənin təxminən 10 ildir icra edilmədiyini bildirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər