Həmidov və Bərxudarovun döyüşlərdən yeni kadrları...
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi günlərinə aid yeni və təsirli görüntülər yayılıb.
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidov və General-leytenant Mais Bərxudarov yer alıblar.
Kadrların Vətən müharibəsi zamanı azad olunan Qubadlı rayonu ərazisində çəkildiyi bildirilir. Səmimi və döyüş ruhunu əks etdirən kadrlarda igid zabitlərimizin qələbə əzmi, həmçinin torpaqlarımızın azad olunması uğrunda aparılan əməliyyatlardakı həmrəyliyi açıq şəkildə əksini tapıb.
Videoda hərbçilərimizin bir araya gələrək zarafatlaşması, bölgənin azad edilməsindən duyduqları sevinc və qürur hissi açıq şəkildə nəzərə çarpır.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində misilsiz şücaət göstərmiş Şükür Həmidov Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Oxşar Xəbərlər