İdman

Luis Enrikenin illik maaşı bilindi

06 Sep 2026, 18:12 1 baxış
Luis Enrikenin illik maaşı bilindi
PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqaviləsinə əsasən vergilər çıxılmadan mövsümə 20 milyon avro qazanacaq. Oxu.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin əvvəlki müqaviləsinə əsasən mövsümlük qazancı vergilər çıxılmadan 12 milyon avro olub. PSJ sentyabrın 4-də Enrike ilə müqavilənin uzadıldığını açıqlayıb. Yeni saziş 2030-cu ilə qədər qüvvədə olacaq. Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir. Onun başçılığı altında komanda iki dəfə Çempionlar Liqasının və Fransa Kubokunun, üç dəfə Fransa çempionatının və ölkə Superkubokunun, həmçinin UEFA Superkubokunun qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər