Digər

Londonda Xameneiyə məxsus lüks mənzillər satışa çıxarıldı

06 Sep 2026, 18:44 1 baxış
Londonda Xameneiyə məxsus lüks mənzillər satışa çıxarıldı

Londonda İranın ali lideri Müctəba Xameneiyə məxsus iki lüks mənzil satışa çıxarılıb.


Axar.az xəbər verir ki, bu barədə "Sunday Tayms" qəzeti məlumat yayıb.


Bildirilib ki, mənzillərin rəsmi sahibi kimi sanksiya siyahısında olan iranlı iş adamı Əli Ənsari göstərilir.


Lüks mənzillər Britaniya paytaxtının ən nüfuzlu rayonlarından biri olan Kensingtonda binanın yuxarı mərtəbələrindədir. Yaxınlıqda həmçinin Uels şahzadəsinin iqamətgahı olan Kensington Sarayı yerləşir. Mənzillərdən həmçinin İsrail səfirliyinə mənzərə açılır.


Mənzillərdən biri iki mərtəbəli, beş yataq otaqlı penthausdur. Əmlakın ümumi sahəsi təxminən 400 kvadratmetrdir. O, 2016-cı ildə 19 milyon funtsterlinqə alınıb, hazırda isə tələb olunan qiymət 12 milyon funtsterlinqdir. Eyni binada yerləşən ikinci mənzil 16 milyon funtsterlinqdən çox qiymətə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər