Digər
İsrail ordusu qəfil təlimlərə başladı
İsrail ordusu qoşunların döyüş hazırlığını yoxlamaq məqsədilə qəfil təlimlərə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
Təlimlərin gedişatını Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir izləyib. Əməliyyat müşavirəsi zamanı o, birdən çox istiqamətdə sürətlə inkişaf edən münaqişə şəraitində qərargahların və şəxsi heyətin reaksiyasını qiymətləndirib.
"Biz dərs çıxarmağa davam edirik və dediyim kimi, İsrail Müdafiə Qüvvələrinin əsas vəzifəsi qəfil hücuma hazır olmaqdır", - deyə o bildirib.
Mənbə
axar.az