Cəmiyyət
1656-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1656-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 228 893 PUA-sı, 672 zenit-raket kompleksi, 30 837 tank və digər zirehli texnikası, 1 776 reaktiv yaylım atəş sistemi, 36 385 artilleriya və minaatanı, 71 183 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az