Cəmiyyət
Artezian quyusu qazırdı, başına boru düşdü - Astarada FACİƏ
Astarada artezian quyusunun qazılması zamanı bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə Astara rayonunun Təxtənəkəran kəndində baş verib. Məlumata görə, Cəlilabad rayonunun Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndaşa məxsus həyətyanı sahədə artezian quyusu qazdığı zaman boru onun başına düşüb. Hadisə zamanı R.Kərimovla birlikdə işləyən həmkəndliləri yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb. Bildirilir ki, R.Kərimov ailəli olub və iki azyaşlı övladı var. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az