Dünya

Quş ətinin ən faydalı hissəsi hansıdır? - Diyetoloqdan məsləhət

06 Sep 2026, 04:04 6 baxış
Quş ətinin ən faydalı hissəsi hansıdır? - Diyetoloqdan məsləhət
"Toyuq və hindtoyuğunbun ən faydalı hissəsi döş ətidir". Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı diyetoloq Anton Polyakov Aif.ru nəşrinə müsahibəsində danışıb və döş ətinin nə ilə faydalı olduğunu izah edib. "Ən faydalı hissə aşağıkalorili və tərkibində az miqdarda doymuş yağlar olan ağ ət - döş ətidir. Olduqca doyumludur və yüksək miqdarda zülala malikdir. Beləliklə, əgər məhz quş ətini nəzərdən keçiririksə, döş əti ən yaxşı seçimdir", - deyə mütəxəssis bildirib. Toyuqun tərkibində B12, B6 və niasin də daxil olmaqla, B qrupu vitaminləri var. Bu maddələr sinir sisteminin fəaliyyətində əsas rol oynayır, koqnitiv funksiyanı yaxşılaşdırır. Mütəmadi olaraq toyuq yemək sinir sistemini tonusda saxlamağa kömək edir. Eyni zamanda, hindtoyuğu dəmir və sink tərkibinə görə toyuqdan daha zəngindir. Mütəmadi olaraq hindtoyuğu yemək orqanizmin müdafiə mexanizmlərini möhkəmləndirməyə və bu vacib mikroelementlərin çatışmazlığının qarşısını almağa kömək edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər