İdman
"Sabah" darmadağınla liderliyə yüksəldi
Azərbaycan Premyer Liqasında növbəti qarşılaşma baş tutub.
Axar.az xəbər verir ki, Masazır təmsilçisi "Sabah" öz meydanında "Zirə"ni qəbul edib.
Qarşılaşma 5-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu nəticə ilə xallarının sayını 9-a çatdıran "Sabah" "Zirə" ilə şəxsi görüşlərdəki üstünlüyə görə liderliyə yüksəlib.
Qeyd edək ki, "Zirə"nin də 9 xalı var.
Mənbə
axar.az