Digər
Uitkoff və Kuşner Putinlə görüş üçün Kremldə
Rusiyanın paytaxtı Moskvaya gələn ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə kürəkəni Cared Kuşner, eləcə də Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevi aparan kortej Kremlə gəlib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, daha öncə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri ilə görüşəcəyi barədə məlumat verib.
Mənbə
axar.az