Cəmiyyət

Simonyan dostunun model qızı ilə evləndi - Video

05 Sep 2026, 20:34 1 baxış
Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın toyu baş tutub.


Axar.az Publika.az-a istinadla xəbər verir ki, o, model Anelya Qubryan ilə ailə həyatı qurub.


Bir neçə ay əvvəl cütlüyün nişan mərasimi olub. Mərasim bu il fevralın 28-də baş tutub.


Toy şənliyi Cırvejdə yerləşən “Palladium Hall” restoran kompleksində keçirilib. Mərasimə Baş nazir Nikol Paşinyan və digər yüksək vəzifəli şəxslər də dəvət olunub.


Xatırladaq ki, Alen Simonyan təxminən bir ay əvvəl münasibətlərini ictimai şəkildə rəsmiləşdirib. Anela Qubryan Alen Simonyanın dostunun qızıdır və 26 yaşı var, modeldir.

Mənbə axar.az

Oxşar Xəbərlər