Dünya

Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı

05 Sep 2026, 08:02 3 baxış
Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı
Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. Oxu.Az bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətindən iki milyon avro tələb etmiş və sentyabrın 4-ü günortayadək vaxt verərək, əks halda oğurlanmış məlumatları şəbəkəyə sızdıracağı ilə hədələmişdi. Kiberhücum barədə avqustun 14-də məlum olub. Hazırda mövcud olan məlumatlara görə, avqustun 7-dən 12-dək böyük həcmdə məlumat sızması baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər