Cəmiyyət
MİDA-nın Qarabağ və Türkiyədəki layihələri ilə bağlı AÇIQLAMA
"Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti yalnız güzəştli mənzil layihələri ilə məhdudlaşmır". Bunu Oxu.Az-a açıqlamasında Agentliyin tabeliyində olan "MİDA" MMC-nin direktor müavini Rüfət Yaqublu deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir: "Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur. Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunub, Xocalı şəhərindəki yaşayış binaları isə əsaslı təmir edilib. Ümumi sahəsi 8,9 hektar olan Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. 7,87 hektar torpaq sahəsində yerləşən Cəbrayıl Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Həmçinin agentlik tərəfindən Xocalı şəhərində 3,34 hektar ərazidə yerləşən 180 mənzildən ibarət 15 ədəd 3 mərtəbəli yaşayış binası əsaslı təmir edilib". "Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən "Azərbaycan" məhəlləsində Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası binası, həmçinin 26 binadan ibarət 4 yaşayış məhəlləsi inşa edilərək təhvil verilib. Burada yerləşən mədəniyyət mərkəzinin tikintisi isə hazırda davam etdirilir, - deyə müsahibimiz əlavə edib.

Mənbə
oxu.az