Kriminal

Sirkə turşusu içən 17 yaşlı tələbə qız vəfat etdi

04 Sep 2026, 18:58 4 baxış
Sirkə turşusu içən 17 yaşlı tələbə qız vəfat etdi

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.


Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.


Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.


Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər