Cəmiyyət

Azərbaycana hibrid hücumun qaranlıq məqamları...

04 Sep 2026, 19:31 3 baxış
Azərbaycana hibrid hücumun qaranlıq məqamları...

Goranboydakı sursat anbarında baş verən partlayışın təfərrüatları ilə bağlı rəsmi açıqlamalar verilsə də, Polşada fəaliyyət göstərən “Nexta” kanalı hadisəni dövlətlərarası münasibətlər fonunda təqdim etməyə çalışıb, xarici amillərlə bağlı iddialar irəli sürüb. Maraqlıdır, Goranoydakı hadisə bu kanalın diqqətinə niyə düşüb və hadisəni niyə bu kontekstdə təqdim edirlər?


Media Agentliyi “Nexta”nın iddialarının Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirir. Qərb mediasında Azərbaycana qarşı davamlı informasiya kampaniyasının aparılması – CNN-nin İran müharibəsinə bizi də daxil etmək cəhdi kimi, fonunda bu qiymətləndirmə səbəbsiz deyil. Xüsusilə “İndependent”, “Qardian”, “BBC”, “Le Monde” kampaniyanın katalizatoru rolunda çıxış edirlər. “Nexta” xora qoşulan yeni resursdur.


“Nexta” 2015-ci ildə belaruslu bloger Stepan Putila tərfindən yaradılıb, ilk olaraq, Yutub platformasında əsasən musiqi və satirik videolar yayımlayan kanal kimi fəaliyyət göstərib. Belarusda 2015-ci il seçkilərindən sonra Stepan Putila Polşaya köçərək, fəaliyyətini burada davam etdirib. 2018-ci ildə Teleqrama keçən “Nexta” siyasi informasiyalar tirajlamağa başladı. Kanal əsas dəstəkçiləri Qərbin donor təşkilatları və Belarus müxalifətidir. Əsas fəaliyyət istiqaməti Belarus olan kanalın Azərbaycanla bağlı iddiaları vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasına yeni resursların cəlb edildiyini deməyə əsas verir.


Burada əsas məqamlardan biri də son dövrlər Azərbaycanla bağlı kampaniyaların mərkəzində Polşanın görünməsidir. “Nexta”dan öncə TVP telekanalının iddiaları da bu mənzərəni ön plana çıxarır. Və məsələ Bakı-Varşava xəttindəki problemlərdən daha çox, bu ölkənin post-sovet məkanı ilə bağlı proseslərdə platforma rolunu oynamasından qaynaqlanır.


Platforma kimi Polşanın seçilməsində təkcə coğrafi amil əhəmiyyətli deyil, həm də tarixi səbəbləri var. Hələ ötən əsrin əvvəllərində - 1918-39-cu illərdə Polşa SSRİ-ni daxildən parçalamağa hesablanmış, mühacirələrin cəlb olunduğu məxfi “Prometey” əməliyyatının həyata keçirildiyi məkan kimi istifadə olunurdu. Bu əməliyyat-strategiya uğurlu olmasa da, Polşa Qərbin Şərqə doğru siyasi ekspedisiyalarında platforma rolunu doğrulda bildi və “qırmızı imperiya”nın dağılmasından sonra post-sovet məkanına liberal dəyərlərin ixracı, informasiya axınının təşkilində mərkəz kimi istifadə edilir. Son dövrlər Azərbaycana qarşı hibrid informasiya kampaniyasının xüsusilə Polşadan edilməsində Cənubi Qafqazdakı siyasi proseslərin də təsiri var. Cənubi Qafqazla bağlı informasiya siyasəti əsasən Gürcüstan üzərindən həyata keçirilirdi, Gürcüstan hakimiyyətinin milli təhlükəsizliyi gücləndirmək siyasətindən sonra bu ölkənin platforma kimi istifadə edilməsi imkanları məhdudlaşıb. Polşanın mərkəz kimi önə çıxmasında bu amil də rol oynayır.

Mənbə axar.az

Oxşar Xəbərlər