Siyasət
Mənzilsiz vətəndaşlar üçün münasib şərtlər: YENİ VƏ SƏMƏRƏLİ MODEL
"MİDA layihəsi vasitəsilə sosial mənzillərin tikintisinin miqyasının genişləndirilməsi və daha çox insanın evlə təmin olunması yüksək səviyyədə icra olunur. Layihənin mövcud satış mexanizmi, mənzillərin keyfiyyəti və texniki təhlükəsizlik məsələləri isə ictimaiyyətin diqqətində olan əsas məqamlardandır. Bu istiqamətdə görülən işlər vətəndaşların mənzilə çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır". Bunu deputat Aydın Mirzəzadə MİDA layihəsi ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda tətbiq olunan mənzil satış mexanizmi ən səmərəli variantdır: "MİDA layihəsi özü çox əhəmiyyətlidir. Bu layihənin əsas üstünlüklərindən biri də sosial mənzilə ehtiyacı olan vətəndaşların daha münasib şərtlərlə mənzil əldə etmək imkanının yaradılmasıdır. Texniki təhlükəsizlik məsələsinə müvafiq strukturlar cavab verirlər və əvvəldən ciddi hazırlıq gedir. Çox təəssüf ki, indiki informasiya texnologiyalarının səviyyəsinin qalxdığı bir dövrdə kimlərsə bundan sui-istifadə etməyə çalışırdı. Amma yenə də təhlükəsizliyə cavab verən təşkilatlar bunun qarşısını vaxtında ala bilirlər. Bu cür sistemlərin daim təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də olduqca vacibdir. İnşa olunan evlərin keyfiyyəti yaxşıdır, narazılıqlar yoxdur və dövlət MİDA vasitəsilə ev tikintisini daim genişləndirmək və daha çox insanların mənzillə təmin olunmasına çalışır. Hesab edirəm ki, bu istiqamətdə işlərin davam etdirilməsi sosial mənzil imkanlarının genişlənməsinə və daha çox ailənin mənzil şəraitinin yaxşılaşmasına şərait yaradacaq. MİDA layihəsinin gələcəkdə də təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi müsbət addım olar".

Mənbə
oxu.az