Kriminal
Lənkəranda qoca kişi nərdivandan yıxılıb öldü
Lənkəran rayonunda 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 3-ü rayonun Sütəmurdov kəndində baş verib. Kənd sakini 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az