Cəmiyyət

Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək

03 Sep 2026, 17:48 30 baxış
Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək
Sabah Şəkidə 8 kəndin qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonunun Aşağı Göynük, Köndələn, Abbaskənd, Birinci Biləcik, İkinci Biləcik, Baş Göynük, Qumux və Baş Layısqı kəndlərinin qazla təchizatında fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər