Cəmiyyət

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

03 Sep 2026, 14:36 29 baxış
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Paytaxtın Binəqədi rayonunda park edilmiş avtomobilə ziyan dəyib. Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 3-də saat 7 radələrində Süleyman Sani Axundov küçəsində qeydə alınıb.

Kadrlardan göründüyü kimi, yol kənarında yerləşən nəhəng ağacın iri budaqları qırılaraq park edilmiş "Toyota Aqua" avtomobilinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Hadisə yerinə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunublar. Qəzalı ağacın qırılmış budaqları ərazidən götürülüb və ağac budanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər