İqtisadiyyat

Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib

03 Sep 2026, 11:34 2 baxış
Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib
Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. İndiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub. Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium , 1 114 ton kömür və 334 ton taxta göndərilib
Mənbə oxu.az

Oxşar Xəbərlər