Kriminal
Salyanda AĞIR QƏZA - Beş nəfər xəsarət aldı
Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Zəncirvari qəza zamanı "Infiniti", "Mazda" və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az