Kriminal

14 yaşlı qız sirkə turşusundan zəhərləndi

02 Sep 2026, 21:16 35 baxış
14 yaşlı qız sirkə turşusundan zəhərləndi

Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib.


Axar.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib.


2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.


İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.


Faktla bağlı araşdırma başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər