Digər
Bu ölkə Ukraynanın AB-yə üzvlük danışıqlarını əngəllədi
Macarıstan Ukrayna və Moldovanın Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsini bloklayıb.
Axar.az xəbər verir ki, bu barədə “Euraktiv” məlumat yayıb.
Məlumata görə, Budapeşt vahid bazara çıxış və sosial siyasətlə bağlı məsələləri əhatə edən ikinci və üçüncü danışıqlar klasterlərinin açılmasına razılıq verməyib.
Macarıstan tərəfi buna səbəb kimi Kiyevin etnik macarların hüquqları ilə bağlı razılaşmanı əvvəlcə yerinə yetirməli olduğunu göstərib.
Qeyd edək ki, AB-də danışıqların hər bir mərhələsinin açılması üçün 27 üzv dövlətin hamısının razılığı tələb olunur.
Mənbə
axar.az