Digər

Almaniyaya hücum yalnız qətiyyətimizi artırıb - Leyen

02 Sep 2026, 17:37 3 baxış
Almaniyaya hücum yalnız qətiyyətimizi artırıb - Leyen

Avropa və NATO olaraq yalnız Rusiyaya təzyiqimizi davam etdirməklə kifayətlənməyəcək, onu daha da artıracağıq.


Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.


“Rusiya Ukraynada günahsız uşaqları, kişiləri, qadınları bombalamağı və öldürməyi dayandırmayana qədər dayanmayacağıq.


Almaniyaya hücum AB ərazisində Rusiya əməliyyatçıları tərəfindən hərbi təyinatlı materiallardan istifadə edilməklə həyata keçirilmiş hücum olub.


Biz buna dözməyəcəyik. Almaniya ilə tam həmrəy olduğumuzu bildiririk.


Əgər məqsəd bizi Ukraynaya dəstək verməklə bağlı bir daha düşünməyə vadar etmək idisə, deyə bilərəm ki, bu, mənim qətiyyətimi yalnız daha da gücləndirib”, - o bildirib.


Qeyd edək ki, avqustun əvvəlində Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanmışdı. Almaniyanın Federal Baş Prokurorluğu hadisə ilə bağlı istintaqı öz üzərinə götürərək, milli təhlükəsizliyə təhdid yarada biləcək ciddi hücum şübhəsi ilə təhqiqat aparır.

Mənbə axar.az

Oxşar Xəbərlər