Kriminal
Rusiyada 13 il əvvəl törədilən dəhşətli cinayət: Prokuror ağır cəza istədi
Rusiyada 13 il əvvəl zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxışa hazır olmadıqlarından növbəti proses sentyabrın 16-na təyin edilib. * 12 il əvvəl Rusiyada qadını zorlayaraq öldürənlər Bakıda hakim qarşısına çıxarılıblar * 12 il əvvəl Rusiyada qadını zorlayaraq öldürənlər məhkəmədə nəyi etiraf etdilər? * Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir Qeyd edək ki, hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan Respublikası ərazisində baş verib. Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq araşdırmaları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmiş ona qarşı cinsi zorakılıq tətbiq ediblər. Onlar qadını qətlə yetirdikdən sonra törətdikləri cinayətin izini itirmək üçün meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar. Toplanmış sübutlar əsasında cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Elgün Həsənli
Mənbə
oxu.az