Kriminal
Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü
Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Rayonun Tbilisi prospektində Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Həsən Faiq oğlu Xəlilov idarə etdiyi skuterdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş H.Xəlilov orada ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az