Kriminal
Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı
Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb. Oxu.Az-ın məlumatına görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Azər Mürsəlov saxlanılıb. Ondan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Mürsəlov barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə
oxu.az