Kriminal

Bakıda qardaş və bacı bir-birini bıçaqladılar

02 Sep 2026, 00:00 5 baxış
Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov bacısı Sura Səfəralı qızı Qurbanovanı bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyindən bıçaq zərbəsi endirib. Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
Mənbə oxu.az

Oxşar Xəbərlər