Kriminal

Sumqayıtda 28 yaşlı oğlan bıçaqlandı, atası saxlanıldı

31 Aug 2026, 18:08 4 baxış
Sumqayıtda 28 yaşlı oğlan bıçaqlandı, atası saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, cinayət şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin atası - 1955-ci il təvəllüdlü Nadir Novruzov saxlanılıb. Məlumata görə, ata ilə oğlu arasında ailə münaqişəsi zəminində mübahisə olub, bu zaman atanın oğlunu bıçaqladığı bildirilir. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər