Dünya
KİV: Pentaqon Pit Heqsetin tərəfdarı olan sabiq hərbçiləri gizli şəkildə işə götürür
ABŞ hərb naziri Pit Heqsetin fikirlərini təbliğ etmək məqsədilə, sosial medialarda geniş auditoriyası olan istefada olan mühafizəkar hərbçiləri gizli şəkildə mülki vəzifələrə təyin edir. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" (WP) nəşri öz mənbələrinə əsaslanaraq yayımlayıb. Vəzifə alan şəxslər sırasında qəzet tərəfindən ABŞ ordusunun sabiq polkovnikləri Tomas Anderson və Kurt Şlixterin, eləcə də Hərbi Hava Qüvvələrinin ehtiyatda olan polkovniki Rob Manessin adları çəkilir. Məqalədə vurğulanır ki, həmin şəxslər ABŞ Prezidenti Donald Trampın komandasını tənqid edən şəxslərə qarşı çıxış edirlər. Mənbələrin məlumatına görə, onların ən azı bir qisminə mülki postlar həvalə edilib və bu addım gələcəkdə siyasi istiqamətdə dəyişikliklərlə nəticələnə bilər. Nəşr qeyd edir ki, bu şəxslər "xüsusi dövlət qulluqçusu" və yaxud "yüksək kateqoriyalı mütəxəssis" statusunda fəaliyyətə cəlb edilirlər. Nəşrin sorğusunu cavablandıran Pentaqon isə sözügedən ştatlar üzrə əməkhaqqının verginin hesabına ödənilib-ödənilmədiyi, onların konkret vəzifə öhdəlikləri və müqavilə müddətləri barədə hər hansı təfərrüat açıqlamayıb.
Mənbə
oxu.az