Kriminal

Füzulidə "Mercedes" ağaca çırpıldı, ölən var

31 Aug 2026, 15:12 4 baxış
Füzulidə "Mercedes" ağaca çırpıldı, ölən var
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mollaməhərrəmli kəndi ərazidə qeydə alınıb. Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev "Mercedes" markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində S.Quliyev ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər