Kriminal

Zaqatalada "Niva" teplovozla toqquşdu, xəsarət alan var

31 Aug 2026, 13:20 2 baxış
Zaqatalada "Niva" teplovozla toqquşdu, xəsarət alan var
Zaqatala rayonunda "Niva" avtomobili dəmir yolunda qəzaya uğrayıb. Oxu.Az-ın məlumatına görə, hadisə Yevlax-Balakən dəmiryol xəttinin Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Zaqatala rayon sakini Ruslan Balayev "Niva" avtomobili ilə dəmir yolu xəttini keçmək istəyərkən teplovozla toqquşub. Nəticədə "Niva"nın sürücüsü xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər