Kriminal
Keçmiş məcburi köçkün Bakıda aptekdə öldü
Bakıda 58 yaşlı kişi aptekdə ölüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən aptekdə baş verib. Zəngilan rayon sakini 1968-ci il təvəllüdlü Mehman Emran oğlu Mahmudov aptekdə olarkən infarktdan ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az