İdman

Premyer Liqada turun bağlanış oyunları: "Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qarşı

31 Aug 2026, 09:00 4 baxış
Premyer Liqada turun bağlanış oyunları: "Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qarşı
Misli Premyer Liqasında III tura yekun vurulur. Oxu.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək. İlk görüşdə "Araz-Naxçıvan" "Sabah"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Sumqayıt" "Qarabağ"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək görüş saat 20:15-də start götürəcək. 31 avqust Misli Premyer Liqası III tur 18:00. "Araz-Naxçıvan" - "Sabah"; 20:15. "Sumqayıt" - "Qarabağ".
Mənbə oxu.az

Oxşar Xəbərlər