Cəmiyyət

Azərbaycan əhalisi ilə bağlı narahatedici rəqəm

30 Aug 2026, 22:07 4 baxış
Azərbaycan əhalisi ilə bağlı narahatedici rəqəm

2000-ci ildə 15–64 yaş arası hər 1000 nəfərə 83 nəfər 65 və yuxarı yaşlı düşürdü. 2020-ci ildə bu göstərici 104, 2023-cü ildə 122, 2024-cü ildə 131, 2025-ci ildə 142, 2026-cı ildə isə 152 nəfərə yüksəlib.


Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.


O qeyd edib ki, 65+ yaşlıların mütləq sayı 2000-ci ildəki 419,5 min nəfərdən 2026-cı ildə 1 milyon 86,4 min nəfərə çatıb:


“Doğum kəskin azalır, əhali sürətlə qocalır, bir müddət sonra təqaüd və səhiyyə sisteminə böyük yük düşəcək”.


Ekspert hökuməti təcili tədbirlər görməyə çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər