Digər

Putin yenə bizi məğlub etdi - Ferlinger

30 Aug 2026, 19:05 2 baxış
Putin yenə bizi məğlub etdi - Ferlinger

İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı referendumun nəticələri Rusiyanın xeyrinə siyasi nəticə kimi qiymətləndirilib.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Avstriyanın “Avropa NATO Genişlənməsi Komitəsi” adlı qeyri-hökumət təşkilatının rəhbəri Günter Ferlinger səsvermənin nəticələrini Rusiya üçün “qələbə” adlandırıb.


Ferlinger X platformasındakı paylaşımında “Putin bizi yenə məğlub etdi” ifadəsini işlədib.


İslandiyanın ictimai yayımçısı RÚV-un yaydığı ilkin məlumatlara əsasən, 99 mindən çox seçici ölkənin Aİ-yə üzvlük danışıqlarının bərpasına qarşı çıxıb. Bu, səslərin 52,5 faizinə bərabərdir. Bununla belə, həmin vaxt referendumun yekun rəsmi nəticələri hələ açıqlanmayıb.


Səsvermənin nəticəsinin Brüssel üçün də məyusedici olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər