Digər
İran 30 gəminin Hörmüzdən keçməsinin qarşısını aldı
Son bir həftə ərzində İran Silahlı Qüvvələri təxminən 30 gəminin Hörmüz boğazından icazəsiz keçməyə cəhdinin qarşısını alıb.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, 22-29 avqust tarixləri arasında 30 gəmi Hörmüz boğazından keçməyə cəhd edib, lakin onların keçidi İran qüvvələri tərəfindən qadağan edilib.
“Hörmüz boğazından keçən nəqliyyat vasitələrinin hərəkəti hazırda məhdudlaşdırılıb və İran tərəfi ilə razılaşma və müvafiq ödənişlərin ödənilməsi şərtilə həyata keçirilir”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az