Kriminal

Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı - FOTO

30 Aug 2026, 14:36 8 baxış
Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı - FOTO
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağcabədi rayon sakini Samir Hüseynov "Chevrolet" markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Ağcabədi rayon sakini Hüseyn Əhmədov xəsarət alıb. Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı - FOTO Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı - FOTO Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı - FOTO Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı - FOTO Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı - FOTO Bərdədə "Chevrolet" beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər