Dünya
Trampın qərarı Kanadanı hərəkətə keçirdi: Sahildə nəhəng lövhə quraşdırıldı - VİDEO
ABŞ və Kanada arasındakı mübahisə ABŞ Prezidenti Donald Trampın Ontario gölünün adını "Amerika gölü" olaraq dəyişdirmək qərarından sonra yeni mərhələyə qədəm qoyub. Kanadanın Ontario əyalətinin rəhbərliyi yeni adı tanımadıqlarını nümayiş etdirmək üçün sahildə xüsusi lövhə quraşdırıb. Oxu.Az UPI-yə istinadən xəbər verir ki, Ontarionun başçısı Duq Ford sahildə "Ontario gölü, indi və həmişə" sözlərinin yazıldığı böyük lövhənin quraşdırılması barədə sərəncam verib.
"Ontario gölü Trampdan çox-çox əvvəl belə adlanırdı və Tramp getdikdən sonra da uzun müddət belə adlanacaq", - deyə Ford bildirib. Onun sözlərinə görə, lövhə kiminsə bunu unutmaq qərarına gələcəyi təqdirdə quraşdırılıb. Mübahisə Trampın ABŞ və Kanada sərhədində yerləşən gölün adının dəyişdirilməsi haqqında fərman imzalamasından sonra başlayıb. Kanada hakimiyyəti bu təşəbbüsü dərhal rədd edib və əvvəlki addan istifadə etməyə davam edəcəklərini açıqlayıb. Fordun mövqeyini Kanadanın Baş naziri Mark Karni də dəstəkləyib. O vurğulayıb ki, göl indi və həmişə Ontario gölü olaraq qalacaq. Tramp isə mübahisəni sosial şəbəkələrdə davam etdirib. ABŞ prezidenti süni intellektin köməyi ilə hazırlanmış, üzərində "Lake Ontario" yazılmış lövhənin "Welcome to Lake America" yazısı ilə əvəzləndiyi videoları paylaşıb. Adla bağlı mübahisə iki qonşu ölkə arasında daha geniş fikir ayrılıqlarının fonunda baş verib. ABŞ və Kanada arasında ticarət danışıqları dalana dirəndikdən sonra Vaşinqton Kanada mallarına yeni rüsumlar tətbiq edib. Kanada isə buna cavab tədbirləri hazırladığını açıqlayıb.

Mənbə
oxu.az