Dünya

Çində əsrlərdir davam edən dəhşətli ADƏT: Ölülər evləndirilir

30 Aug 2026, 06:31 5 baxış
Çində əsrlərdir davam edən dəhşətli ADƏT: Ölülər evləndirilir
Çinin Şensi əyalətinin bəzi kəndlərində ailələr subay vəfat etmiş kişilər üçün elçi tutaraq onlara ölən qadınlar arasından "gəlin" seçirlər. Oxu.Az "Rambler"ə istinadən xəbər verir ki, bu qədim Çin adəti "ölü nikahı" adlanır. Adətin kökündə konfutsiçilikdəki əcdad kultu dayanır. İnanca görə, vəfat etmiş qohumlar axirətdə də yaşamağa davam edir və həyatdakı kimi qidaya, evə və ailəyə ehtiyac duyurlar. Toy etmədən ölən kişi mənəvi baxımdan natamam hesab edilirdi. İnanclara görə, onun ruhu rahatlıq tapmaya və yaşayan qohumlarına xəstəlik və bədbəxtlik gətirmək üçün geri qayıda bilərdi. Əcdad kultuna əsasən, ailə qurmayan kişi digər mərhum qohumlarının yanında, ailə məqbərəsində dəfn edilə bilməzdi. Onun varlığı pis təsir mənbəyi hesab olunurdu. "Ölü nikahı" bu problemi həll edir, mərhuma evli kişi statusu qazandırır və ona ailə məzarlığında yer verirdi. Ölmüş subay qadınlarla bağlı vəziyyət də oxşar idi. "Made in China Journal"ın məlumatına görə, ailə qurmadan ölən qızın ruhu ailə qurbangahında saxlanılan lövhə vasitəsilə digər əcdadların qəzəbinə səbəb ola bilərdi. "Ölü nikahı" qadına axirətdə status və ərinin əcdadları arasında yer almaq hüququ verirdi. Bu mərasimin sənədləşdirilmiş ən qədim nümunələrindən biri eramızın III əsrinə aiddir. Hərbi sərkərdə Tsao Tsao erkən vəfat edən oğlu Tsao Çun üçün mərasim təşkil etmişdi ki, oğlu axirətdə tək qalmasın. "Ölü nikahı"nın təşkili bir çox cəhətdən canlı insanlar arasındakı toy mərasimini xatırladır. Mərhumun ailəsi elçi tutur və yaxın kəndlərdə yaxınlarda vəfat etmiş qadınlar arasında uyğun namizəd axtarır. Tərəflər mərhumların fotoşəkillərinə və bioqrafiyalarına baxır, ailələrin uyğunluğunu müzakirə edir, cehiz və ya başlıq məsələsi ilə bağlı danışıqlar aparırlar.
Çində əsrlərdir davam edən dəhşətli ADƏT: Ölülər evləndirilir
Mənbə oxu.az

Oxşar Xəbərlər