Kriminal
Goranboyda QƏZA: Xəsarət alanlar var
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "Opel" və VAZ-21099 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində rayon sakinləri - "Opel"də olan sərnişin, 1963-cü il təvəllüdlü Afət Məmmədova və VAZ-21099 markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.
Mənbə
oxu.az