Dünya
Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı
Kanada "Rosnano" korporasiyasının sabiq rəhbəri Anatoli Çubaysın (Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi - red.) adını özünün sanksiya siyahılarından xaric edib. Oxu.Az xəbər verir ki, bu barədə "Canada Gazette" məlumat yayıb. Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyun ayında tətbiq etmişdi. Bildirilir ki, o, məhdudiyyətlərin ləğv olunması üçün Kanadanın Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıb. Nəşrdə qeyd olunur ki, müraciətdə siyahıdan çıxarılmaq üçün məqbul əsaslar öz əksini tapıb. Ümumilikdə, 2014-cü ildən etibarən Kanada Rusiya, Belarus, Moldova və Ukraynanı təmsil edən 3 400-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Mənbə
oxu.az