Dünya

Rusiya hərbi gəmiləri La-Manşda ticarət tankerlərini müşayiət ediblər

29 Aug 2026, 17:48 4 baxış
Rusiya hərbi gəmiləri La-Manşda ticarət tankerlərini müşayiət ediblər
Rusiya hərbi gəmiləri La-Manş boğazından keçən ticarət tankerlərini müşayiət ediblər. Oxu.Az-ın Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən verdiyi məlumata görə, Birləşmiş Krallığın müvafiq qurumları prosesi yalnız müşahidə etməklə kifayətlənib. Bildirilir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Duncan" esminesi, "HMS St Albans" freqatı və "HMS Severn" gözətçi gəmisi Londonun "kölgə donanması"na aid etdiyi iki Rusiya hərbi və digər iki yük gəmisinin Şimal dənizi və La-Manşdan keçidini izləyib. Üç gün davam edən monitorinq əməliyyatına həmçinin "HMS Mersey" patrul gəmisi və "Merlin" helikopteri cəlb olunub. İyunun 14-də Birləşmiş Krallığın o vaxtkı baş naziri Kir Starmer Britaniya hərbçilərinin La-Manşda Rusiyanın "kölgə donanması"na məxsus "Smyrtos" tankerini ələ keçirdiyini açıqlamışdı. Daha sonra "The Daily Telegraph" qəzeti Londonun həmin tankerdəki 100 min tondan çox nefti satmaq imkanını nəzərdən keçirdiyini yazmışdı. Avqustun 12-də Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, bəzi Qərb ölkələrinin rəhbərlikləri beynəlxalq dəniz hüququnu pozaraq çoxdandır rusiyalı iqtisadi operatorların mülki gəmilərinin hərəkətini məhdudlaşdırmağa çalışır. Bu yaxınlarda isə onları ələ keçirmək və qəsb edilmiş əmlakı satmaq fikrinə düşüblər. O, bunu "soyğunçuluq və quldurluq" adlandıraraq, Rusiyanın bu hərəkətlərə analoji cavab vermək məcburiyyətində qalacağını bəyan etmişdi. Prezident həmçinin vurğulamışdı ki, bu, təkcə hücumların planlaşdırıldığı akvatoriyalarda deyil, həm də Rusiyanın məqsədəuyğun saydığı digər bölgələrdə baş verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər