Digər

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Aug 2026, 16:39 4 baxış
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda meşəlik ərazidə başlayan yanğın güclü küləyin təsirindən Antalyanın Kaş rayonunda meşəlik əraziyə yayılıb.


Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.


Bildirilib ki, yanğının nəzarətə alınması üçün havadan və qurudan müdaxilə davam etdirilir.


Yanğının söndürülməsinə 4 təyyarə, 15 helikopter, 72 yanğınsöndürən maşın, 6 texnika və 450 əməkdaş cəlb olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər